Məşhur prodüser Saymon Kouellin nişanlısı Loren Silverman onun müasir texnologiyalarla olan qeyri-adi münasibətindən danışıb.
Bizim.Media xəbər verir ki, "This Morning" teleproqramının efirində rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin qorunması kampaniyasına dəstək verən 48 yaşlı Silverman bildirib ki, Kouell hələ 8 il əvvəl telefondan tamamilə imtina edib.
Nişanlısının sözlərinə görə, bu addım prodüserin həyatını müsbətə doğru tamamilə dəyişib:
"Saymon bu məsələdə zamanı qabaqladı. Telefonun yoxluğu onu daimi diqqət yayındıran amillərdən, stressdən və gərəksiz bildirişlərin yaratdığı təşvişdən xilas etdi. İndi o, ətrafındakı insanlara daha çox fokuslanır və özünü bəxtiyar hiss edir".
Loren cütlüyün 12 yaşlı oğlu Erikin də sosial şəbəkələrdən istifadəsinin qəti qadağan olunduğunu, onun smartfonunun isə yalnız mesajlaşma üçün tam məhdudlaşdırıldığını əlavə edib.
Xatırladaq ki, "America's Got Talent" şousunun 66 yaşlı münsifi hələ bir müddət əvvəl verdiyi müsahibədə mobil cihazlara nifrət etdiyini gizlətməmişdi:
"Mobil telefonla gəzmək mənim üçün daim özünlə yemək hazırlamaq üçün toster aparatı daşımaq kimi bir şeydir. Mən onsuz daha xoşbəxtəm".
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
13:39 / 18.06.2026
Prodüser 8 ildir mobil telefondan imtina edib – Nişanlısı "effekt möhtəşəmdir" deyir
Hazırda oxunan: Prodüser 8 ildir mobil telefondan imtina edib – Nişanlısı "effekt möhtəşəmdir" deyir
Hazırda oxunan: Prodüser 8 ildir mobil telefondan imtina edib – Nişanlısı "effekt möhtəşəmdir" deyir
620020
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































