1,5 milyon izləyicisi olan iti oğurlayıb restorana satdılar

1,5 milyon izləyicisi olan iti oğurlayıb restorana satdılar

Hazırda oxunan: 1,5 milyon izləyicisi olan iti oğurlayıb restorana satdılar

618111

Sosial şəbəkələrdə 1,5 milyondan çox insanın maraqla izlədiyi məşhur it Çində sahiblərinin fermasından oğurlanıb. Cinayətkarlar cins iti yerli restoranlardan birinə cəmi 26 dollara satıblar və heyvan elə həmin gün kəsilərək müştərilərə verilib.

Bizim.Media xəbər verir ki, South China Morning Post nəşrinin yazdığına görə, bu dəhşətli hadisə Çinin tanınmış səyahət blogeri Qonun başına gəlib.

Hazırda çarəsiz qalan sahib "Douyin" (TikTok-un Çin versiyası) şəbəkəsinin əsl ulduzuna çevrilmiş 8 yaşlı "Çutou" (Chutou) adlı border-kolli cinsindən olan iti üçün ədalət tələb edir.
 

Hadisə mayın 11-də, blogerin növbəti səfərə yollanaraq ev heyvanını valideynlərinin himayəsində qoyduğu gün baş verib. Elə həmin gün videomüşahidə kameraları elektrik skuterində olan bir kişi və qadının Şansyu şəhər dairəsindəki fermaya gizlicə daxil olaraq iti apardıqlarını qeydə alıb.


İtin yoxa çıxdığını görən Qonun qohumları dərhal polisə müraciət edib və sosial şəbəkələrdə "Çutou"nun tapılması üçün mükafat elan ediblər. Səfərdən qayıdan bloger özü də axtarışlara qoşulub və şübhəlilərin izinə qonşu kənddə düşə bilib.

Oğrular blogerlə qarşılaşarkən qulluq olunmuş border-kollini guya sahibsiz it hesab etdiklərini bəyan ediblər. Onlar iti canlı heyvan alverçisinə 180 yuana (təxminən 26,5 dollar) satdıqlarını etiraf ediblər.

Nəşr şübhəlilərdən birinin kədərli it sahibinə dediyi sözləri sitat gətirir:

"İt ölüb, səs-küy salmağı dayandır. Mən qanunu pozmamışam".

Ekspertlərin fikrincə, real bazar dəyəri ən azı 10 000 dollar olan "Çutou" həmin vaxt artıq restoranlardan birinə satılıb, orada dərhal kəsilib və müştərilərə təqdim olunub.
 

Sonradan Qo, heç olmasa sevimli heyvanının qalıqlarını və ya bir tükünü xatirə olaraq götürmək ümidi ilə həmin müəssisənin qəssabının yanına gedib. Lakin restoran işçisi soyuqqanlıqla "bütün tüklərin çoxdan zibil qutusuna atıldığını" bildirib.


Hazırda bloger oğrulara qarşı cinayət işinin açılmasını, həmçinin məşhur itin və ailə üzvünün itirilməsinə görə tam maliyyə kompensasiyasının ödənilməsini tələb edir. Hüquqşünaslar itin populyarlığını və dəyərini nəzərə alaraq maddi ziyanın böyük olduğunu vurğulayırlar.

Çində qanunvericilik bu barədə nə deyir?

Vəziyyəti yerli qanunvericiliyin spesifikası çətinləşdirir:

Çində hələ də it ətinin yeyilməsinə dair ümummilli qadağa yoxdur.

Ölkədə ev heyvanlarının müdafiəsi haqqında kompleks qanunlar mövcud deyil, buna görə də heyvanlara hüquqi cəhətdən yalnız adi daşınar əmlak kimi baxılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO