"Nadir Qafarzadə utanaraq yanıma gəldi..."

"Nadir Qafarzadə utanaraq yanıma gəldi..."

Hazırda oxunan: "Nadir Qafarzadə utanaraq yanıma gəldi..."

617768

Əməkdar artist Elza Seyidcahan maraqlı xatirəsini bölüşərək müzakirələrə səbəb olub.

Bizim.Media-nın “milli.az”a istinadla verdiyi məlumata görə, sənətçi bildirib ki, illər əvvəl yay tətili zamanı çalışdığı dövrdə Nadir Qafarzadə ilə tanış olub. Onun sözlərinə görə, həmin vaxt bir müəssisə rəhbəri ona istedadlı, lakin çox utancaq bir gəncin olduğunu deyərək səsini yoxlamasını xahiş edib.
 

Elza Seyidcahan qeyd edib ki, Nadir Qafarzadə ilk görüşdə həyəcanlı olsa da, ifası ilə diqqət çəkib. Müğənni daha sonra onun musiqi sahəsində inkişaf etməsi üçün tanınmış sənət adamları ilə görüşməsinə kömək etdiyini söyləyib.


Əməkdar artistin sözlərinə görə, Nadir Qafarzadə sonradan müxtəlif müsabiqələrdə iştirak edib, addım-addım irəliləyərək öz zəhməti hesabına tanınmış sənətçilərdən birinə çevrilib.

Elza Seyidcahan Nadir Qafarzadənin uğurlarının arxasında böyük əziyyət və zəhmətin dayandığını vurğulayaraq, onu peşəkar sənətkar kimi dəyərləndirdiyini bildirib:

"Yay tətili idi, Biləcəridə qalırdım. Konservatoriyadan tətilə çıxmışdıq. Elza adlı direktorumuz var idi. Dedi ki, müəllimim tətilə çıxıb, 2 ay məzuniyyətdə olacaq, gəl burada çalış. Həmin aylarda mən Nadir Qafarzadə ilə tanış oldum.
 

Direktor mənə dedi ki, bir oğlan var, bizim bağça sferasında çalışır. Yaxşı səsi var, amma utanır, sən onun səsini yoxla. Nadir utanaraq gəldi. Mən "Üzüyümün qaşı" mahnısını ifa etdim, o da oxudu.


Daha sonra onu Arif Məlikovun yanına apardım. O, Nadiri dinlədi. Sonra Şəfiqə Axundovanın yanına apardım. Nadir də yarışlara qatıldı, pillə-pillə irəlilədi və öz zəhməti ilə böyük bir sənətkar oldu".

Bu açıqlama sosial şəbəkələrdə maraqla qarşılanıb və sənətsevərlər arasında geniş müzakirələrə səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO