Nazilə Səfərli: “Abid Şərifovun xanımı o qadınlara həsəd aparırdı”

Nazilə Səfərli: “Abid Şərifovun xanımı o qadınlara həsəd aparırdı”

Hazırda oxunan: Nazilə Səfərli: “Abid Şərifovun xanımı o qadınlara həsəd aparırdı”
584408
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şairə Nazilə Səfərli bir zamanlar aparıcısı olduğu "Banu" verilişindən ayrılması barədə danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, "Pərvizə görə" verilişində deyib:

"Gördüm ki, Abid Şərifovun həyat yoldaşı "Banu" verilişinə baxır. Dedi ki, elə paxıllığım tutur o qadınlara - ayağında qaloş, "Mariyanna" corab, dünya vecinə deyil, tək dərdi qarnı tox olsun. O qadınlara "elə xoşbəxtdir" deyirəm.
 

O vaxtdan mənim ağlımda qalmışdı ki, kimlər kimə həsəd aparır. Onlar da deyir ki, ay Allah, kaş, sarayım olardı. O zamandan mənim ağlımda "Banu" handa bir qadınların həsəd apardığı qadın obrazlarının toplandığı veriliş idi. Birdən bəxtimə o veriliş düşdü. O qadınlara ki həsəd aparırdılar, verilişə oradan başladım. Ocaq başındakı qadınn çoxları üçün əlçatmaz olduğunu bilərək başladım".


O, verilişdən getməsinin səbəbini də açıqlayıb:

"Ayağımla bağlı əməliyyata hazırlaşırdım. Rayonlarda çəkiliş saat 9-dan başlayırdı. Gördüm ki, bu işin öhdəsindən gələ bilməyəcəm. Ayrılmağıma əsas səbəb operatorlarım oldu. Hər dəfə axsamağımı ekrana yansıdırdılar. Komandam məni düşünmürdü. Vaxtım yox idi ki, oturum verilişə baxım. Sosial mediada görürdüm ki, axsayıram, məhz axsaya-axsaya getdiyimi özəl çəkirlər. Qəsdən deyildi, sadəcə o qədər idi... Diqqət yox idi". (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO