“Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”

“Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”

Hazırda oxunan: “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”
252791
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü hamı övladlarını gəzməyə apardı. Mən də serial çəkilişindən çıxdım və üz tutdum Sumqayıt bulvarına. Sumqayıtdakı attraksionlar Bakı ilə müqayisədə ucuz olur. Bir manatdan baha olmur, bəzən əlli qəpik də olur. Amma dünən bilmədim ki, uşaqların, yoxsa cibinizin müdafiəsi günü idi”.

Bizim.Media “axsam.az”a istinadən xəbər verir, bu sözləri aparıcı Mətanət Əliverdiyeva “Xəzər axşamı” verilişində deyib.

O, Uşaqların Beynəlxalq Müdafiəsi Günündə attraksionların 1 manatdan 3-5 manata qaldırılmasından şikayət edib:
 

“Ayıb olsun, kiminsə adından istifadə etməyin. Hamısına da şamil etmirəm. Elə işbazlar var idi ki, uşaqların sıxlığını yox, ciblərinin sıxlığını tənzimləmək istəyirdi. Bir evdən 4-5 uşaq gəlir, qiyməti 1 manatdan 3-5 manata qaldırmaq nə deməkdir? Ayıb olsun! Soruşuram ki, sizə kim ixtiyar verib qiyməti qaldırasınız? Cavab verirlər ki, yuxarıdan. Kiminsə adından istifadə etməyin.


İnanmıram ki, Sumqayıt şəhər İcra Hakimiyyəti sizə belə göstəriş versin. Əgər belə şey olsaydı, hamısının qiyməti qalxardı. Uşaqlardan istifadə etməyin. Bakıda ən yaxşı attraksionlar pulsuz olub. Ayıb olsun sizə. Heç gözləməzdim”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO