Elza Seyidcahandan Roza Zərgərli ilə bağlı suala - Reaksiya

Elza Seyidcahandan Roza Zərgərli ilə bağlı suala - Reaksiya

Hazırda oxunan: Elza Seyidcahandan Roza Zərgərli ilə bağlı suala - Reaksiya
251137
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əməkdar artist Elza Seyidcahan "Full şou" verilişində qonaq olub.

Bizim.Media xəbər verir ki, sənətçi məhkəməlik olduğu müğənni Roza Zərgərli ilə səhnə arxasında yaşadığı mübahisəyə dair sualı cavablamaqdan imtina edib:

"Başqa suala keçək. Onun adını burada tutma. Tarixdə mən gözəl sənətkarımız İlhamə Quliyeva ilə mübahisəmlə qalmışam.
 

Onun cavabını necə lazımdır vermişəm. O məndə nöqsan da tuta bilməyib. Məni verilişə dəvət etmişdilər ki, İlhamə Quliyeva sizə sözlər deyəcək, gülüb gedərsiz. Mən də getdim. O sözlərə gülən adamın başı çatmır. Hara gedirdim, deyirdilər ki, sizin cavabınızı həmişə açıb izləyirik. Paxıllıqdan onu yutubdan silmişdilər.


Mən də onları yenidən arxivdən çıxartdırdım. Pislik etmək istəyən insanların pisliyi özünə qayıdır. Mən şou-biznesdə deyiləm, o məndədir. Onlar üçün şərəf olar ki, haqlarında danışım. Ona görə də adlarını belə çəkmərəm. Elə adamları Allaha tapşırıram. Bir də məhkəməyə verirəm. Polisə də müraciət etmişəm. Pulun və ya nəyinsə sayəsində sənətə gələnlərin ixtiyarı yoxdur ki, dövlət sənətçilərini təhqir etsinlər. Hələ ki, məhkəmə davam edir". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO