“Narkotik istifadəçisi deyiləm, amma…” - Nicat üzr istədi – VİDEO

“Narkotik istifadəçisi deyiləm, amma…” - Nicat üzr istədi – VİDEO

Hazırda oxunan: “Narkotik istifadəçisi deyiləm, amma…” - Nicat üzr istədi – VİDEO
233672
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslam ifaçı Nicat Məhərrəmlinin onun adından insanlardan pul aldığını, adamları aldatdığını deyib. 

Bizim.Media “axşam.az”a istinadən xəbər verir ki, Nicat məsələ ilə bağlı açıqlama yayıb. 

O, Xatirədən üzr istəyib: 
 

MÖVZU İLƏ BAĞLI:

Xatirə İslamdan həmkarı haqda sərt ittihamlar - “Adımdan beh alır” - VİDEO


"Xatirə İslamın üzərimdə əməyi böyükdür. Maddi və mənəvi mənə dəstək olub. Səhv hərəkətimlə bağlı Xatirənin şəxsiyyətinə ziyan vuracaq bir şey etmişəm və buna görə üzr istəyirəm. Ona sayqım böyükdür, belə də davam edəcək". 
 
Nicat bildirib ki, insanlar onun narkotik aludəçisi olduğunu iddia edib: 

"Pis vərdişlər kəliməsi yanlış anlaşılıb. Əgər siz düşünürsünüzsə, pis vərdiş narkotikdir, yalandır. Bu yaşıma qədər heç vaxt narkotik istifadə etməmişəm. 36 yaşım var, hazıram analiz verib, sübut etməyə. Aludəçilik dedikdə, spirtli içki deyilib. Bu da ağır günlərimə görə olub. Bununla fəxr etmirəm, yanlışdır. Amma depressiyada olmuşam və istifadə etmişəm". 

X.İslam isə Nicatın video açıqlamasına şərh yazaraq, bunları qeyd edib: 
 
"Həyatda ən böyük arzularımdan biri də səni səhnədə, efirdə görməkdir. İnanıram ki, sən mənim o videomdan bir nəticə çıxardıb, məni sevindirəcəksən. Bu günə qədər elədiyin bütün xoşagəlməz nələr var idisə, onların hamısını silib yeni həyata başlamağı arzu edirəm. Sənə pis nəsə arzu edə bilmərəm". 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO