Şvartsenegger keçirdiyi əməliyyatdan DANIŞDI: “Artıq “maşına” bənzəyirəm”

Şvartsenegger keçirdiyi əməliyyatdan DANIŞDI: “Artıq “maşına” bənzəyirəm”

Hazırda oxunan: Şvartsenegger keçirdiyi əməliyyatdan DANIŞDI: “Artıq “maşına” bənzəyirəm”

184215

76 yaşlı Hollivud ulduzu Arnold Şvartseneggerin səhhəti ilə bağlı verdiyi açıqlama dünya mətbuatın gündəminə düşüb. 

Bizim.Media xəbər verir ki, aktyor cərrahi əməliyyat vasitəsi ilə ürəyinə kardiostimulyator quraşdırıldığını bildirib.

Bu barədə o, bodibildinqdən bəhs etdiyi “Arnold's Pump Club” “podkastına” müsahibəsində deyib. 

“Keçən bazar ertəsi əməliyyat olundum və bir az da “maşına” bənzədim. Ürəyimə kardiostimulyator yerləşdirildi”, - deyə “Terminator” filminin ulduzu vurğulayıb. 

Arnold ağır cərrahi müdaxilədən sonra özünü yaxşı hiss etdiyini və bir müddət gərgin fiziki məşqlərdən əl çəkməli olsa da, artıq əvvəlki həyatına qayıtdığını bildirib. 

Qeyd edək ki, bu, sayca Şvartseneggerin dördüncü ürək əməliyyatıdır. Aktyor, anadangəlmə ürək qüsuru ilə doğulub. 1997-ci ildə sənətçi aorta qapağının dəyişdirilməsi üçün ürək əməliyyatı keçirib, sonra isə ona daha iki oxşar cərrahi müdaxilə olunub. Aktyorun sonuncu əməliyyatı isə 2020-ci ildə olub. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO