Efirdə QALMAQAL: Anar Vəziroğlu bu dəfə “Elit star” Cəmiləyə söz atdı – VİDEO

Efirdə QALMAQAL: Anar Vəziroğlu bu dəfə “Elit star” Cəmiləyə söz atdı – VİDEO

Hazırda oxunan: Efirdə QALMAQAL: Anar Vəziroğlu bu dəfə “Elit star” Cəmiləyə söz atdı – VİDEO

176607

“Elit star” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Cəmilə İsgəndərovanın “Əməkdar artist Ruhəngiz Musəvinin indiyə kimi bir dənə də olsun “hit” mahnısı yoxdur” sözləri qalmaqala səbəb olub. 

Bizim.Media xəbər verir ki, “Elgizlə izlə” ictimai-sosial verilişin efirində tərəflər üz-üzə gələn zaman onların qalmaqalına proqramda ekspert qismində iştirak edən şair və jurnalist Anar Vəziroğlu sərt şəkildə reaksiya verib. 

Vəziroğlu Cəmilə ilə Ruhəngizi qeyri-səmimi adlandıraraq məsələ ilə bağlı fikirlərini belə ifadə edib: 

“Bunlarda səmimiyyət deyilən şey yoxdur. Amma Ruhəngizi çıxıram qırağa... İnsanlarda çatışmayan səmimiyyətdir. Bunlar elə düşünürlər ki, burada yalan danışsalar da, ekranın digər tərəfindən onlara söz deyən olmayacaq. Bu Cəmilə ömür boyu belə olub. Cəmilə vedrənin içində civədir. Hətta vedrənin dibini də yeyəcək”. 
Proqramın gedişatında müğənnilər arasında qalmaqala səbəb olan mövzu daha da alovlanıb. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO