Şou əhlinin bahalı, QIZMAR TƏTİLİ - FOTO/VİDEO

Şou əhlinin bahalı, QIZMAR TƏTİLİ - FOTO/VİDEO

Hazırda oxunan: Şou əhlinin bahalı, QIZMAR TƏTİLİ - FOTO/VİDEO
131082
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şou-biznesin məşhur simaları söz-söhbətlərdən, dava-dalaşlardan, qalmaqallardan uzaq olmaq üçün istirahətə yollanıblar.

Bizim.Media sözügedən ulduzların tətillərini harada, kimlə və necə keçirdiyi ilə bağlı informasiya toplayıb.

Belə ki, bir müddət əvvəl qalxanabənzər vəzinin həcminin böyüməsi səbəbi ilə əməliyyat olunub, müalicə almaq üçün “Səhər mərkəzi” verilişinin aparıcılığından uzaqlaşan Afaq Gəncəli sağaldıqdan sonra həmkarı Nərgiz Əliyeva ilə birgə Avropa turuna yollanıb.

İsveçrəni və daha sonra isə İtaliyanı qarış-qarış gəzən Afaq Milanda çəkdirdiyi fotolarını sosial şəbəkə hesabında paylaşıb. Afaq şəkillərinə "Şir həmişə şirdi: istər Milanda, istər Bakıda" şərhini yazıb.

Şou əhlinin bahalı, QIZMAR TƏTİLİ - FOTO/VİDEO - foto 1


Müğənni Xatirə İslam da Birləşmiş Ərəb Əmirliklərində istirahətin dadını çıxarır. Oğlu Emil ilə Dubayda tətildə olan sənətçi həm tək, həm də övladı ilə çəkilən fotolarını izləyiciləri ilə bölüşüb. Şəkillərdə Xatirənin qaralması və arıqlayaraq "iynənın ucuna sap" olması da diqqətdən qaçmayıb.

Şou əhlinin bahalı, QIZMAR TƏTİLİ - FOTO/VİDEO - foto 2


Şou-biznesin subay qızı və evlilik mövzuları ilə tez-tez gündəmə gələn müğənni Aysel Əlizadə növbəti dəfə səfərə çıxıb. Sənətçinin məqsədi isə səssizliyə dalıb sakitçə dincəlməkdir. O, bunun üçün isə Taylanda üz tutub. Aysel dağ və dənizə açılan möhtəşəm mənzərə önündə çəkdirdiyi cazibədar fotolarını sosial şəbəkədə paylaşıb. A.Əlizadənin də həmkarı Xatirə İslam kimi günəş vannası qəbul edərək qaralması gözlərdən yayınmayıb.

Şou əhlinin bahalı, QIZMAR TƏTİLİ - FOTO/VİDEO - foto 3


"Həftə səkkiz, mən doqquz" gah Bakı, gah da Moskva toylarında "at oynadan" müğənni Xəyyam Nisanov istirahət üçün gözəl və əsrarəngiz təbiəti olan Afrikaya yollanıb. Mavrikidə dincələn Xəyyam "Casela Nature Parks"da olan bir-birindən rəngli şəkillərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
 


Şou əhlinin bahalı, QIZMAR TƏTİLİ - FOTO/VİDEO - foto 4

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO