“Elgizlə izlə”də QALMAQAL: Şəfiqə Nağıyeva əsəbiləşərək studiyanı tərk etdi – VİDEO

“Elgizlə izlə”də QALMAQAL: Şəfiqə Nağıyeva əsəbiləşərək studiyanı tərk etdi – VİDEO

Hazırda oxunan: “Elgizlə izlə”də QALMAQAL: Şəfiqə Nağıyeva əsəbiləşərək studiyanı tərk etdi – VİDEO

105899

“Elgizlə izlə” ictimai-sosial verilişin canlı efirində qalmaqal dolu anlar yaşanıb. 

Bizim.Media xəbər verir ki, proqrama evlənmək üçün pənah gətirən Nüsrət adlı iştirakçı ilə verilişdə ekspert qismində iştirak edən vəkil Şəfiqə Nağıyeva arasında gərginlik yaşanıb. 

İştirakçının xanım ekspertin ünvanına işlətdiyi ağır sözlər və davamlı onun oğlunun adını çəkməsi qarşı tərəfi özündən çıxarıb. Ş.Nağıyeva göz yaşı içində, əsəbi halda ayağa qalxaraq, studiyanı tərk edib.

Nüsrətin Ş.Nağıyevanı əsəbləşdirməsi və onun efiri tərk eməsinə digər eskpertlər səssiz qalmayıblar. Onlar iştirakçının bu hərəkətinin xoşagəlməz olmadığını deyərək qınayıblar.

Ekspertlər bu cür şəxsin evlənməsinə qarşı çıxıb, verilişin aparıcısı Elgiz Əkbərdən bu iştirakçının proqramdan uzaqlaşdırmasını tələb ediblər. 

Hətta Nüsrətlə evlənməyə gələn üzünü qara maska altında gizlədən Şamama adlı xanım baş verən hadisədən təəssüf hissi keçirdiyini və qarşı tərəflə ailə qurmaqdan vaz keçdiyini dilə gətirib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO