Bu günlərdə təsadüfən ölkənin gələcəyinə cavabdeh olan mötəbər rəsmi qurumlardan birinin təqdim etdiyi bir siyahıdakı adlara baxarkən kiçik bir müəssisə rəhbərinin ad-soyadından sonra diqqətimi “Sərxoş oğlu” ifadəsi çəkdi. Dəhşətə gəldim... Əvvəllər bəlkə də belə adlı adamın varlığı rastıma çıxıb,xa0 unutmuşam... Ancaq bu dəfəki reaksiyam bambaşqa oldu... Sonradan öyrəndim ki, atasının adı belə olan azı, iki vətəndaş bu günümüz, gələcəyimiz üçün cavabdeh olan qurumlarda rəhbər vəzifələrdə çalışır. O hesabla hələ, yəqin ki, neçə-neçə sadə vətəndaş da var bu adda... Söhbət əsla kiminsə şəxsiyyətindən getmir. Bəlkə də Sərxoş adlı atalar da, onlarınxa0 övladları da ləyaqətli, ölkə üçün kifayət qədər faydalı işlər görmüş vətəndaşlardır və ya keçmişdə belə olublar. Onların özü də əgər bu materialı oxusalar, xahiş edirəm, inciməsinlər. Amma belə adlara rast gələndə qeyri-iradi kimə ünvanlanacağı bilinməyənxa0 çox sayda suallar çıxır...xa0
Yadınızdadırsa, sovet dövründə övladlarımıza, şəhər, kəndlərimizə və s. erməni, o cümlədən “Şaumyan” adı qoyulmasından bəhs etdiyimiz keçmiş bir köşəmizdə 2010-cu il parlament seçkiləri zamanıxa0 seçki siyahısında “Nadan” adlı 1921-ci il təvəllüdlü bir qadın adına rast gəldiyimi yazmışdım. Təsəvvür edin: “Sərxoş bəy və Nadan xanım seçkilərdə iştirak edir...” Bu sözün mənasını hələ də bilməyənlər olsa, lüğətlərə baxa bilərlər: “nadan” –fars mənşəli söz olubxa0 “biliksiz”, “qanmaz”, “cahil” anlamına gəlir. “Sərxoş” da fars mənşəli söz kimi əsasən 3 mənada işlənir: 1) məst, bərk kefli; 2) içki, işrət düşkünü; 3) heyvanların döl vaxtı qızması. Göründüyü kimi, hər iki sözün heç bir mənası ürəyə yatan, xoşa gələn deyil.xa0 Bizdə belə adların olması yalnız Azərbaycan xalqına, müsəlmanlığa düşmən olaraq onların mənasını anlayan, yaxud da aramızdakı bir para bayağı düşüncəli adamcıqların ürəyincə ola bilər. O halda çox və faciəvi dərəcədə maraqlıdır: belə adlar Azərbaycan övladlarına kimlər, hansı ata-anaları,xa0 əzizləri, qohumları,xa0 yaxud qonşuları tərəfindən qoyulub?..xa0
“Nadan” sözünün mənasını 1921-ci ildə xeyli hissəsi savadsız olan soydaşlarımızın çoxu bəlkə də anlamazdı.xa0 Ona görə də bu adın ya anlamazlıqdan, yaxud hansısa,xa0 xalqımıza üzdə dost, qəlbində düşmən olan qonşunun-filanın qəsdən verdiyi təkliflər sayəsində qoyulduğunu söyləmək mümkündür. Yəni düşmənlərin məqsədi xalqımızı doğrudan da nadan yerinə qoymaq olub. “Sərxoş” adına gəldikdə isə həmin adın mənasını, hətta XX əsrin əvvəllərində əksəriyyətin bilməməsi mümkün deyildi. Bəs valideynləri niyə qoyub belə bir adı övladlarına? Adamın dili gəlmir deyə ki, yəqin, alkoqollu, haram içkidən “vurub” sərxoş olmaq ləzzət edib bu adamlara, oğullarının da belə olmasını istəyiblər, yəni, xoşbəxtliyi yeyib-içib sərxoşluq etməkdə görüblər... Yaxşı, deyək ki, övladlarının adını “Nadan”, “Sərxoş” qoyanların ata-anaları savadsız, biliksiz olub. Bəs son 80, lap 50-60 ildə onların bir savadlı, canıyanan qohumu olmayıbmı, desin ki, ay Nadan xanım, ay Sərxoş bəy, axı sizin adınız nəinki insana, müsəlmana, azərbaycanlıya, heç sovet adamına daxa0 xa0layiq ad deyil. Axı hamı gözəl bilir ki, məhz 1920-ci illərdən başlayaraq bolşevik-kommunist sovet hökuməti, təbii ki, öz gələcək ideoloji məqsədləri üçünxa0 savadsızlığa qarşı mübarizəyə başlayıb, ən yaşlı adamlara belə oxuyub-yazmağı öyrətmək üçün xüsusi məktəblər, kurslar açılıb. Sovetlər İttifaqında, həmçinin, spirti içkilər qadağan olunmasa da, açıq, kütləvi satışda olsa da belə, o hökumət daim əyyaşlığa qarşı mübarizə aparıb, bunun üçün “Ayıqlar” cəmiyyətləri təşkil edib ki, vətəndaşlar zavodlara, fabriklərə, məktəblərə, Mərkəzi Komitəyə sərxoş gəlib “SSRİ-nin işıqlı gələcəyi”nə əngəl törətməsinlər. Bəs bu adamlar “NKVD”-dən, “KQB”dən, Mərkəzi Komitədən qorxmayıblar ki, özlərinə “sovet əxlaqına, həyat tərzinə” uyğun gəlməyən adlar qoyublar? Yaxşı, bizim bu “çestnı” kommunistlər, partkomlar, həmkarlar, məmurlar-filan hara baxıb? Partiya və hökumət orqanlarından bunlara bir təklif edən olmayıb ki, ay qardaşım, ay bacım, ay yoldaş, sizin adınız “müasir kommunist ideologiyasının tələblərinə” də uyğun deyil,xa0 dəyişilməlidir?..xa0 Axı o vaxtın partokrat məmurları mütləq Nəriman Nərimanovun “Nadanlıq” pyesini oxumuş olardılar...xa0
Belə çıxır ki,xa0 müstəmləkə illərindəxa0 cəmiyyətə kütləvi şəkildə nadanlıq, sərxoşluq mərəzi yoluxdurulub ki, heç kəs haqqı, gerçəyi dərk etməsin. Qızlarımıza “Nadan”, oğullarımıza “Sərxoş” adları qoyulduğu illərdə şovinist ruslardan savayı, erməni, yəhudi millətçilərinin də at oynatdığı qansız, imansızxa0 bolşevik hökumətixa0 “Allahsızlar ittifaq”ı yaradaraq dinimizə, milli-mənəvi dəyərlərimizəxa0 qarşı açıq səlib yürüşü başlatmışdılar. Və əslində, “Allah yoxdur” , “insan meymundanxa0 törəyib” deyən iblis xislətli alimlərin, “oxuma, tar” deyən nadan, kölə ruhlu şairlərin, “ziyalı” adlananların olduğu cəmiyyətdə övladlarımıza belə adlar qoyulması da təbii hal idi. Amma, ən azı, sonrakı 60-70-80-ci illərdə bu cür adları dəyişmək mümkün idi. Necə ki, xeyli vətəndaşımızın ağılları başlarına gəlib Şaumyan, Stepan, Levon kimi erməni adlarını dəyişiblər...xa0
Bütün hallarda övladlarımıza “Nadan”, Sərxoş” kimi adlar qoyulması da bir xurafatın, cahilliyin nəticəsi olub.xa0 O cahillik oradan başlayıb ki, savadlanmaq, elmlənmək üçün əzmlə dərslərinə çalışan uşaqlara “mama uşağı” deyilib,xa0 papiros çəkməyən, araq içməyən oğlanlara “kişi deyilsən” təhqirləri edilib. Nadanlıq oradan başlayıb ki, repressiyalar, qırğınlar, sürgünlər sayəsində İslamdan uzaqlaşaraq əvəzində ruslardan, ermənilərdən araq, çaxır içməyi, fərəhlə fransızların “Şampan”ını partlatmağı öyrənmiş atalar, əmilər oğullarına da fəxrlə araq içməyi, söyüş söyməyi öyrədiblər...xa0 Doğrudan da belə çıxır ki sovet dövründə, bizim xeylimizin başı, səri rus naçalniklərin qarşısında meymunluq edən Qurbanəli bəylər kimi əməlli-başlı çönübmüş ki, sərxoşluqla fəxr edib, övladlarımıza, vətəndaşlarımıza “Nadan”, “Sərxoş” adları qoyulmasına göz yummuşuq...xa0
Alkoqollu içkinin “küpünə girmək”lə yalnız ruhunu şeytana təslim edənlər fəxr edə bilər...xa0 Ruhumuzu erməninin tut arağı, qızları vasitəsi ilə Şuşada, İsa bulağında, Cıdır düzündə, Şahbulaqda şeytana təslim etdik ki, axırda da torpaqlarımız əlimizdən çıxdı...xa0
Barı, bundan sonra ayıq olaq ki, olan-qalan layiqli adlarımız da yadımızdan çıxmasın... Bunun üçün gərək öncə mənəviyyatca, imanca bütövləşək, dünyəvi elmlərlə yanaşı, dinimiz İslamı, milli ənənələrimizi, tariximizi gerçək mənbələrdən öyrənməyə, dərk etməyə çalışaq... Bundan ötrüxa0 “bozbaş” mollalarının müsəlmanlıq, Quran adına təbliğ etdiyi bəzi mövhumat elementləri kimi, gərək ölkədə sərxoşedici içkilərinxa0 kütləvi şəkildə satılmasını, evlərdə, toy-nişan məclislərində içilməsini, cavanların, hətta qadınların sərxoşluq etməsini də xurafat, cahillik hesab edək... Və s. və i.a.
Amma dərindən düşünüb qədimlərdən üzü bəri baxanda hələ şükür edirsən ki, görün, bu xalqxa0 nə qədər güclü genofonda, kökə malik imiş ki, bu günədək bir belə imperiyaların zülmləri, müharibələri, soyqırımları altında əzilməsinə rəğmən adını, dilini unudub tamamilə yox olmayıb... Şükür ki, bu gün də Məhəmməd, Əli, Hüseyn, Ömər, Murad, Süleyman, Osman, Orxan, Camal, Heydər və s. kimi layiqli adlarımız var... Amma görək özümüz, əməllərimiz həmin adlara layiqdirmi? Bax, bu artıq başqa mövzunun söhbətidir. İnşallah, bir dəfə o haqda danışarıq...
Sultan Laçınxa0 xa0xa0

































































































