Böhrandan çıxmaq üçün nə etməli?

Böhrandan çıxmaq üçün nə etməli?

Hazırda oxunan: Böhrandan çıxmaq üçün nə etməli?

115570

İqtisadi  durğunluğun qarşısının  alınması təkcə qiymətlərə  nəzarətlə məhdudlaşdırıla bilməz. Dövlət yeni fiskal siyasət  həyata  keçirməlidir. Devalvasiyanı və məcmu  tələbin azalmasını  nəzərə  alaraq, dövlət  monetar siyasət kursunu da yenidən müəyyən etməlidir. Xərclərin artırılması, vergilərin azaldılması iqtisadi işgüzarlıq aktivliyinin artırılmasına  yönəldilməli, sosialyönümlü layihələrin bir qismi, o cümlədən əlavə dəyər yaratmayan iqtisadi nəticələrə köklənən fəaliyyət məhdudlaşdırılmalıdır.

Vergilərin azaldılması, xərclərin artırılması ilə iqtisadiyyata müsbət təsir üçün  (MT stimullaşdırmaq)  genişləndirici fiskal siyasət modelinin  tətbiqi labüddür. Doğrudur, belə kompleks  tədbirlər planı iqtisadiyyatda gərginlik yaradan amil  kimi  qiymətləndirilir. Amma bu, böhran dövrü üçün xarakterikdir.

Digər  tərəfdən isə valyuta mübadiləsinin qara bazarı  nəzarətə  götürülməlidir. Dollar fobiyasının və süni maneələrin mənbələrindən biri də qara  bazardır. İş adamları Mərkəzi Bankın  rəsmi  məzənnəsilə  xarici  valyutanın mübadiləsindən  yararlana  bilmirlər. İşbazlar süni defisit yaradır, iş adamları isə qara bazardan valyutanı daha  yüksək qiymətə  əldə  edirlər. Nəticədə idxal məhsulları ölkəyə daha baha qiymətə daxil  olur. Bu da inflyasiyanı  şərtləndirir. Süni qiymət artımı bəzən  bu səbəbdən də meydana  gəlir.

Biznesin  ən əsas tələblərindən  biri  vaxtdır. Vaxt amili iqtisadi  fəaliyyətin əvəzolunmaz  detallarındandır. Heç  bir iqtisadi  subyekt fəaliyyətini  məhdudlaşdırmaqda maraqlı olmamalıdır. Çünki vaxt, icbari ödənişlərin, vergilərin, kommunal ehtiyacların, gündəlik təlabatın və digər çoxsaylı təsərrüfat ünsürlərinin əsas  amilidir. Əgər hər hansı istehsalçı və topdan satış müəssisəsi fəaliyyətində fasiləlik yaradırsa, malların realizə edilməsini məhdudlaşdırırsa ,  deməli, məsələ ciddi xarakter daşıyır. Bu məhdudiyyətlər daha əlverişli mühitin gözlənilməsi məqsədi daşıyırsa, deməli, onun  fəaliyyətində qanunsuzluq hallarının olması da  mümkündür.

Malların, məhsulların istismar və yararlılıq müddətinin bitməsi, saxta istismar müddətlərinin tətbiq  edilməsi halları  hökmən araşdırılmalıdır. Əlbəttə  ki, qiymətlərin  düzgün tənzimlənməməsi, qida  məhsullarının  keyfiyyətinə də təsir  edə  bilər. Belə hallar xüsusi olaraq nəzərə alınmalıdır.

Əsas vacib olan məsələlərdən biri də gömrük xidməti orqanlarının fəaliyətinə ciddi nəzarət etməkdir. Əldə etdiyim məlumatlara görə, gömrük orqanının əməkdaşları monopoliyanın məhdudlaşdırılmasını aqresiv qarşılayırlar və sahibkarları “qanun istəyirdiniz, bu da qanun!”x9d kimi ifadələrlə acılayırlar.

 Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, Azərbaycanın xarici ticarət dovriyyəsinin təxminən, 65%-i Avropa ilə bağlıdır və həmin mallara görə ödənən gömrük rüsumu MDB dövlətlərindən 2 dəfə artıqdır. Hesab edirəm ki, qiymətlərin artırılmasında bu da əsas amillərdən biri kimi mühüm rol oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO