Televizor oğrusu polislə dərdləşdi  - VİDEO

Televizor oğrusu polislə dərdləşdi - VİDEO

Hazırda oxunan: Televizor oğrusu polislə dərdləşdi - VİDEO

90777
“Piyan idim. Dəyməzdi rəis, elə peşimanam ki, ailə quracaqdım...”x9d

Abşeron rayonu ərazisində mənzildən televizor oğurlayan şəxs saxlanılıb.xa0

Moderator.az Region TV-yə istinadən xəbər verir ki, bu ilin 26 iyul tarixində vətəndaş Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, ona məxsus mənzildən bir ədəd televizorun oğurlandığını bildirib. Rayon polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində Abşeron rayon sakini, 25 yaşlı Ələddin İbrahimov saxlanılaraq istintaqa cəlb olunub.xa0

İlkin istintaq zamanı saxlanılan şəxsin narkotik aludəçisi olduğu da aşkarlanıb. Təqsirləndirilən şəxs, evdən oğurluq edən zaman sərxoş olduğunu deyib: xa0

“Piyan idim. Girdim evə, bir dənə televizoru götürüb çıxdım, aparıb satdım. Dəyməzdi rəis, elə peşimanam ki. Ailə quracaqdım...”x9dxa0

Qeyd edək ki, bu, saxlanılan şəxsin birinci məhkumluğu olmayacaq. Hazırda onun barəsində cinayət işi açılıb, araşdıram aparılır.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO