Sərhəddə 4000 qutu qanunsuz siqaret aşkarlandı

Sərhəddə 4000 qutu qanunsuz siqaret aşkarlandı

Hazırda oxunan: Sərhəddə 4000 qutu qanunsuz siqaret aşkarlandı

90726
Kazan-Bakı aviareysinin sərnişinlərini qarşılayan Azərbaycan vətəndaşı İsaq Fərəcov onlardan sellofan paketlərdə olan malları qəbul edib və arabaya yığıb getmək istəyərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb və həmin mallara gömrük baxışı keçirilib.
 
Azərbaycan Dövlət Gömrük Komitəsindən Moderator.az-a verilən məlumata görə, malların yoxlanılması zamanı İ.Fərəcovun qarşıladığı sərnişinlərdən qəbul etdiyi 2 ədəd sellofan paketdən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 3 adda, cəmi 400 qutu xarici markalı siqaret aşkar olunub.
 
Faktla bağlı izahatında İ.Fərəcov Kazan-Bakı aviareysilə gələn qohumu Elnur Əhədovu qarşılamaq üçün Heydər Əliyev Beynəlxalq AeroÂxadportuna gəldiyini, orada ona göndərilən siqaretləri ayrı-ayrı sərnişinlərdən qəbul etdiyini və həmin siqaretlərin bir hissəsinin şəxsi istifadə məqsədilə, qalanlarının isə hədiyyə olaraq nəzərdə tutulduğunu bildirib.
 
Faktla bağlı təhqiqat aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO