Rusiyanın siyasi rəhbərliyində ZİDDİYƏT: Güc strukturları “yox”, Putin “hə” deyir

Rusiyanın siyasi rəhbərliyində ZİDDİYƏT: Güc strukturları “yox”, Putin “hə” deyir

Hazırda oxunan: Rusiyanın siyasi rəhbərliyində ZİDDİYƏT: Güc strukturları “yox”, Putin “hə” deyir

621253

Rusiyanın güc strukturlarının rəhbərliyi, o cümlədən Federal Təhlükəsizlik Xidməti (FSB) və Rusiya Qvardiyasının (Rosqvardiya) rəhbəri Viktor Zolotov Kremli sentyabrda keçirilməsi planlaşdırılan Dövlət Dumasına seçkiləri təxirə salmağa — faktiki olaraq isə ləğv etməyə razı salmağa çalışır.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Rusiyanın müstəqil "Meduza" nəşrinin Prezident Administrasiyasına (PA) yaxın mənbələrə istinadən yaydığı araşdırmada yer alıb.

Mənbələrin bildirdiyinə görə, seçkilərin təxirə salınması ideyası hələ 2026-cı ilin baharından müzakirə olunmağa başlasa da, Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) Moskvaya hücumlarından sonra bu təzyiqlər daha da aktuallaşıb.

Seçkilərin ləğvini tələb edən əsas səbəblər

Güc strukturlarının seçkilərdən imtina edilməsi üçün irəli sürdüyü əsas arqumentlər ölkədəki daxili sosial-iqtisadi gərginliklə bağlıdır.

Siyahıya aşağıdakı amillər daxildir:

Büdcədə yaranan ciddi kəsirlər və maliyyə problemləri,

Qiymətlərin durmadan artması və inflyasiya,

Müəssisələrdə işçilərin ixtisar edilməsi və xərclərin azaldılması,

Hakim "Yedinaya Rossiya" (Vahid Rusiya) partiyasının reytinqinin kəskin şəkildə aşağı düşməsi.

Məqalədə qeyd olunur ki, rəsmi sosioloji mərkəzlər (VTsIOM və FOM) hakim partiyanın reytinqini 35% civarında saxlayaraq vəziyyəti müsbət göstərməyə çalışsalar da, Federal Mühafizə Xidmətinin (FSO) daxili istifadə üçün apardığı qapalı rəy sorğuları rejim üçün qat-qat acınacaqlı və pessimist mənzərə ortaya qoyur. “Siloviklər” də məhz bu gizli məlumatlara əsaslanaraq, nəzarət tam təmin olunsa belə, mövcud böhran şəraitində seçki keçirməyin riskli olduğunu müdafiə edirlər.

Kreml hələlik iddiaları təkzib edir

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə məsələyə dərhal reaksiya verərək Dövlət Dumasına seçkilərin təxirə salınması barədə heç bir müzakirənin aparılmadığını və prosesin rəsmi qrafikə uyğun davam etdiyini bildirib.

"Meduza"nın mənbələri əlavə edir ki, Vladimir Putin özü də seçkilərin keçirilməsinin tərəfdarıdır. Çünki seçkilərin ləğv edilməsi daxili və xarici auditoriyaya ölkədə işlərin qaydasında getmədiyi və rejimin öz sabitliyini itirdiyi mesajını verə bilər. Hazırda müzakirələr rəsmi sənəd səviyyəsinə keçməyib və sadəcə "söhbətlər" mərhələsindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO