Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ilhaq olunmuş Krım yarımadasındakı hərbi aerodromlara və Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemlərinə güclü zərbələr endirib. Bu barədə məlumat Ukrayna teleqram kanallarında və media resurslarında yayılıb.
Bizim.Media xəbər verir ki, hücum zamanı əsasən "Saki" və "Qvardeyskoe" hərbi aerodromları, eləcə də Kerç boğazı yaxınlığında yerləşən Rusiya HHM sistemləri hədəfə alınıb.
İlkin məlumatlara görə, uğurlu əməliyyat nəticəsində düşmənin aviasiya texnikasının yerləşdiyi 4 anqar, iki ədəd "S-400" zenit-raket qurğusu və iki ədəd "Pantsir-S1" raket-top kompleksi vurularaq sıradan çıxarılıb.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
13:56 / 24.06.2026
Ukrayna ordusu Krımda aerodromlara zərbə endirdi – VİDEO
Hazırda oxunan: Ukrayna ordusu Krımda aerodromlara zərbə endirdi – VİDEO
Hazırda oxunan: Ukrayna ordusu Krımda aerodromlara zərbə endirdi – VİDEO
621255
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































