Polşalı deputat Yanuş Kovalski Polşada sığınacaq tapan ukraynalı qaçqınların kütləvi şəkildə vətənlərinə qaytarılmasının zəruriliyini bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Polşa KİV-lərində yer alıb.
Əslində, Kovalskinin bu çıxışında heç bir yenilik yoxdur. O, uzun müddətdir ki, Ukrayna və ukraynalı qaçqınlarla bağlı yürütdüyü sərt ritorikası ilə tanınır.
Siyasətçi son illər ərzində mütəmadi olaraq ukraynalılara verilən müavinətlərə, güzəştlərə və xüsusi imtiyazlara qarşı çıxış edir.
Deputat eyni zamanda rəsmi Varşavanın Ukraynaya göstərdiyi hərbi və maliyyə dəstəyinin həcmini də kəskin tənqid atəşinə tutur və bu mövzudan Polşanın daxili siyasətində öz maraqları üçün fəal şəkildə istifadə edir.

Bizim.Media

- A-
- A
- A+
Dünya
14:40 / 24.06.2026
GƏRGİNLİK BÖYÜYÜR: Ukraynalı qaçqınların Polşadan geri qaytarılması tələb olundu - FOTO
Hazırda oxunan: GƏRGİNLİK BÖYÜYÜR: Ukraynalı qaçqınların Polşadan geri qaytarılması tələb olundu - FOTO
Hazırda oxunan: GƏRGİNLİK BÖYÜYÜR: Ukraynalı qaçqınların Polşadan geri qaytarılması tələb olundu - FOTO
621268
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































