Hindistanın Kanpur şəhərinin Pipri adlı kəndində dostunun həyat yoldaşına təcavüz etmək istəyən adam, qadının uşağının qonşulardan kömək istədiyini görərək qadını atəşə verərək hadisə yerindən qaçıb.
Moderator.az - ın "Times of Indian" nəşrinə istinadən xəbərinə görə, cümə axşamı axşam vaxtlarında olan hadisə belə baş verib: Dineş adlı adam, qadının evinə girərək ona təcavüz etməyə çalışıb. Qadının bağırmasını eşidən qızı qonşulardan kömək istəməyə gedib. Bunu bilən Dineş, qadını atəşə vermək məqsədi ilə üzərinə yanan lampanı atıb və hadisə yerindən qaçıb. Hücumdan qısa müddət sonra evə gələn qadının həyat yoldaşı alovları söndürüb və ətrafdakılardan kömək istəyib. Qadın Kanpurda xəstəxanaya aparılıb.
Bədəninin yüzdə 90 - ı yanan qadının vəziyyətinin ağır olduğu bildirilib. Polis təcavüzkarın tapılması üçün geniş miqyaslı araşdırmaya başlayıb.


































































































