Azərbaycanda bir sıra iş adamlarının və oliqarxların həbs edilməsinə münasibət bildirən Azərbaycan Qarapapaq Türkləri İctimai Birliyi (AQTİB) İcrayyə Komitəsinin sədri Mehdi Musayev qeyd edib ki, nəniki indi həbs edilən, həm də digər iş adamlarının, əlində iri maliyyə vəsaitləri cəmləşmiş şəxslərin fəaliyyəti araşdırılmalıdır.
Cünki praktika göstərir ki, ən böyük maliyyə cinayətlərini məhz oliqarxlar və iş adamları törədirlər. Bu gün Azərbaycanda ictimaiyyət və mətbuat iş adamlarının, bəzi iri şirkətlərin fəaliyyətinə ciddi vətəndaş nəzarəti həyata keçirməlidir. Bu Avropa və bir çox inkişaf etmiş ölkələrdə mövcuddur:
“Dövləti dəstəkləyirəm, hökümətin siyasətini bəyənirəm”x9d kimi bəyanatlarla özlərinin işini bitmiş sayan bəzi şəxslərə sözüm isə budur ki, Azərbaycan dövlətinin maliyyə təhlükəsizliyinin təmin edilməsi üçün belə bəyanatlar kifayət deyil ictima qurumlar, QHT və KİV bu istiqamətdə mübarizə aparmalıdır. Xalqın pulunu, müəyyən vasitələrlə kredit adı ilə alıb əyləncəyə, məşuqələr saxlamağa, xarici ölkələrdə milyon dollar qiymətində villalar alan iş adamlarının cinayəti çox böyükdür.
Xalqın, dövlətin maliyyə vəsaitlərini kredit adı ilə alıb, təyinatı üzrə xərcləməyən, müxtəlif vergi maxinasiyaları ilə dövlətə külli miqdarda zərbə vuram iş adamları, oliqarxlara qarşı ciddi tədbirlər görülməlidir. Bu məsələdə ictimai qurluşların müdaxiləsi, vergi və maliyyə cinayətlərinin ictimailəşdirlməsi çox vacibdir - deyə Mehdi Musayev vurğulayıb.
Zaur Abdullayev










































































































