Maşını səhvən gülləbaran edən şəxs danışdı -  VİDEO

Maşını səhvən gülləbaran edən şəxs danışdı - VİDEO

Hazırda oxunan: Maşını səhvən gülləbaran edən şəxs danışdı - VİDEO

53431
Saray qəbirsanlığından açılan atəş nəticəsində "Opel" markalı, 99 CP  447  dövlət nömrə nişanlı avtomobilin sürücüsü Emil Bayramov və dostu yüngül bədən xəsarəti alıblar.

Avtomobilə tərəf yaxın məsafədən "Vinçester" markalı silahdan iki atəş açılıb. Güllələr hədəfdən yayınsa da, ətrafa səpələnmiş qəlpələr nəticəsində avtomobil deşik-deşik olub. Hadisəni törədən şəxs qacıb.
 
Keçirilən əməliyatla həmin şəxs tutulub. Bu, qəsəbə sakini Əli Əliyevdir. Məlum olub ki, zərərçəkənlərə səhvən atəş açılıb. Bir neçə gün əvvəl Əli Əliyevlə eyni taksidə qəsəbəyə gedən başqa şəxs arasında mübahisə düşüb. Sonra həmin adam bir tanışı ilə Əli Əliyevi qəsəbədə axtarıb tapıb. Onlar Əli Əliyevi möhkəm döyüblər. Saxlanılan şəxs onlara zəng edərək yenidən görüçmək istəyib.
 
Dediyinə görə, görüş yeri kimi Saray qəbirsanlığı seçilib və Əli Əliyev silahı götürüb ora gedir.
 
İstintaqda Əliyev havaya atəş acdığını desədə bu təsdiqini tapmayıb. Güllələrin ikisinin avtomobilə dəydiyi tam təsdiqlənib. Araşdırma aparılır. (apa)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO