Azərbaycanda polisi vurdular

Azərbaycanda polisi vurdular

Hazırda oxunan: Azərbaycanda polisi vurdular

39364
Biləsuvarda yol polisini avtomobili ilə vuran sürücü saxlanılıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Biləsuvar şəhərinin ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü yol hərəkət qaydasını kobud surətdə pozduğu üçün orada xidmətdə olan dövlət yol polis bölməsinin baş inspektoru, polis leytenantı Ramal Ağaməmmədov “saxla” işarəsi verib. Sürücü tabeçilik göstərməyərək avtomobillə R.Ağaməmmədovu və xidməti BMW markalı avtomobili vuraraq hadisə yerindən qaçıb.

Görülmüş tədbirlər nəticəsində Astara şəhər sakini Zamir Şəfiyev idarə etdiyi "Mercedes" markalı avtomobildə saxlanıb. R.Ağaməmmədov xəstəxanaya yerləşdirilib.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO