Dünən Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarına əsasən, Cinayət Məcəlləsinin 186.2.2; 309.2-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş və Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs, Türkiyə vətəndaşı Sümer Yaşar Yücel ilə Azərbaycan vətəndaşı, Xaçmaz rayon sakini Osmanova Dilşad Osman qızının nikahları bağlanılması barədə çox təmtəraqlı xəbəri yayıldı.
Moderator.az həmin nikah qəhrəmanı barədə oxuculara məlumat verməyi lazım bilir. Özü də bu heç bir halda adıçəkilən türk vətəndaşının və onun yaxınlarının kefinə soğan doğramaq niyyəti daşımır. sadəcə bu şəxsin kimliyi barədə oxuculara məlumat verməyi lazım bilirik.
Xatırladaq ki, saytın əməkdaşı həmin şəxsin də adının keçdiyi cinayət işiylə bağlı son məhkəmə prosesində iştirak edib. Dekabrın 24-də Binəqədi rayon Məhkəməsinin hakimi Rəşad Əliyevin işə birtərəfli baxması və təqsirləndirilən şəxsləə qarşı hədsiz mülayimlik sərgiləməsi, hətta bəzilərinə müraciət edərəkən "müəllim" ifadəsinin işlətməsi, əsas günahkarlardan hesab olunan Binəqədi Mhafizə Polisin mayor rütbəli keçmiş əməkdaşıİlham Məmmədovla eyni bölgədən olmasını əsas gətirən zərərçəkmiş Şilder Mətanət Poladxan qızının nümayəndəsi Aslan İsmayılov hakimin dəyişdirilməsi və işə başqa hakimin baxması vəsatəti qaldırdı. Nümayəndə məhkəmənin sədi Sədrəddin Hacıyevə müraciət edərək prosesin ədalətli aparmaq iqtidrında olan başqa bir hakimlə əvəz olunmasını xahiş edib etiraz əlaməti olaraq zərərçəkmişlərlə birlikdə məhkəmə zalını tərk etdi.










































































































