Bakıda rəis öz biznesmen dostunu necə öldürdü?  - TƏFƏRRÜAT

Bakıda rəis öz biznesmen dostunu necə öldürdü? - TƏFƏRRÜAT

Hazırda oxunan: Bakıda rəis öz biznesmen dostunu necə öldürdü? - TƏFƏRRÜAT

176927
Daxili İşlər Nazirliyi Binəqədi rayonunda baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

Aprelin 29-da saat 1 radələrində Binəqədi rayonunun Pirşağı qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərindən birinin avtodayanacağında Faiq Qasımov idarə etdiyi "Toyota" markalı avtomobili arxaya verərkən Bakı şəhər sakini Tərlan Dadaşovu və Şabran rayon sakini Seyidbədəl Həşimovu vurub. Nəticədə T.Dadaşov və S.Həşimov xəstəxanaya yerləşdirilib. T.Dadaşov orada ölüb, S.Həşimova isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

F.Qasımov Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb.
xa0
Qeyd edək ki, mətbuatda F.Qasımovun hadisəni qəsdən törətdiyi bildirilib. Məlumata görə, F.Qasımov Nəqliyyatda Baş Polis İdarəsinin Zabrat qəsəbəsində yerləşən Vertolyot Meydançasının rəisidir. T.Dadaşov isə biznesmendir. Həmin xəbərdə bildirilirdi ki, F.Qasımov yaxın dostu, Qoşa Qaya restoranının sahibi T.Dadaşovla axşam toy məclisində yeyib-içiblər. Sonra isə dostlar əyləncə məclisini Fatmayi kəndində dəniz kənarında davam etdiriblər. Hələlik açıqlanmayan səbəbdən F.Qasımov avtomobilini dostu Tərlanın üzərinə sürüb və ona ağır xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən iş adamı vəfat edib. Hadisə "Həyat" istirahət mərkəzində baş verib.(lent.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO