Bakıda bankomatdan külli miqdarda pul oğurlanıb.
xa0
Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zığ şossesində qeydə alınıb.
xa0
Naməlum şəxslər “Kapital Bank”x9da məxsus bankomatın arxasını kəsərək 40 min manat aparıblar.
xa0
Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb, hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.xa0





































































































