Şirvanda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs özünü bıçaqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Belə ki, fevralın 17-də şəhər şəhər sakini Günel Ağayevanın 230 manatını soyğunçuluq yolu ilə alan həmyerlisi, əvvəllər məhkum olunan Pərviz Muradov fevralın 19-da polis əməkdaşlarının ona yaxınlaşdığını gördükdə bıçaqla özünə qarın nahiyəsindən daxilə nüfuz etməyən xəsarət yetirib.
P.Muradov xəstəxanaya yerləşdirilib.






































































































