Lombardlar müştərilərin girovunu necə oğurlayır?!

Lombardlar müştərilərin girovunu necə oğurlayır?!

Hazırda oxunan: Lombardlar müştərilərin girovunu necə oğurlayır?!

118957
Ölkədə millətin başına oyun açanlar banklar az idi, bu yandan da paytaxtın dörd bir yanına yağışdan sonrakı göbələk kimi səpələnən lombardlar vətəndaşın dincliyini əlindən alıb. Elə bir az öncə Moderator.az - a şikayət məktubu ilə müraciət edən bir vətəndaş da lombardların əlindən fəryad edir. ( Həmin şikayət məktubunu bu linkdən oxumaq olar---moderator.az/news/118949.html)

Mövzunun aktuallığını nəzərə alaraq tanınmış bank mütəxəssisi Əkrəm Həsənovun məsələ ilə bağlı mövqeyini oxuculara təqdim edirik:

"Azərbaycanda lombardın verdiyi kredit vaxtında ödənilmədikdə girov predmeti dərhal “batır”x9d. Halbuki, bu, qanunvericiliyə ziddir. Mülki Məcəllənin 302.7-ci maddəsinə əsasən lombard girov predmeti olan əşyanı yalnız açıq hərracda sata bilər.xa0
Bu isə o deməkdir ki, əşyanı girov qoyan (yəni borc alan) özü də açıq hərracdan əldə edə bilər.
Lakin lombardlarımız açıq hərrac təşkil etmir. Sadəcə müştərinin əşyasını mənimsəyirlər. Faktiki olaraq oğurlayırlar. Halbuki, Mülki Məcəllənin 302.5-ci maddəsinə görə lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Xatırladıram ki, həmin Məcəllənin 302.6-cı maddəsinə uyğun olaraq isə lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır.

Yeri gəlmişkən, lombardların qanunsuz əməlləri bununla bitmir. Belə ki, məsələn, Mülki Məcəllənin 302.4-cü maddəsinə əsasən lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda əşyanın bazar qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir. Təcrübədə lombardlar, bir qayda olaraq, bu vəzifələrini icra etmirlər.

Ümumiyyətlə isə, əvvəllər yazdığım kimi, Azərbaycanda lombardların fəaliyyəti qanunsuzdur. Mülki Məcəllənin 302.1-ci maddəsi lombardların fəaliyyətinin lisenziyalaşdırılmasını tələb etsə də, lisenziyanı verməli olan dövlət orqanı hələ də müəyyən edilməyib. Buna görə də lombardlar lisenziyasız və heç bir nəzarət olmadan fəaliyyət göstərir.

Digər tərəfdən, lombardların əksəriyyətinin kapitalı (öz vəsaiti) gülünc məbləğ (2 manatdan 200 manatadək: yəni bunun hesabına kredit verirlər həqiqətən?) təşkil edir. Belə çıxır ki, bizim lombardlar kreditləri öz vəsaitləri deyil, cəlb edilmiş vəsaitlər hesabına verirlər. Yəni birindən (görəsən kimdən?) aşağı faiz dərəcəsi ilə borc alıb, digərinə yüksək faiz dərəcəsi ilə kredit verirlər. Başqa sözlə, əslində bizim lombardlar qanunsuz bank fəaliyyəti ilə, yəni cəlb edilmiş pul vəsaitləri hesabına kredit fəaliyyəti ilə məşğul olurlar".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO