İstehlakçıların aldadılması ilə bağlı pozuntular AŞKARLANDI

İstehlakçıların aldadılması ilə bağlı pozuntular AŞKARLANDI

Hazırda oxunan: İstehlakçıların aldadılması ilə bağlı pozuntular AŞKARLANDI

85010

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində 2022 - ci ilin birinci yarımilliyində istehlakçılar tərəfindən daxil olan 2977 müraciətə baxılıb.

Qurumdan Bizim.Media-ya bildirilib ki, müraciətlərin əksəriyyəti, malların (iş və xidmətlərin) qüsurlu və keyfiyyətsizliyi barədə olub.

İstehlakçıların hesabda, çəkidə və qiymətdə aldadılması, müqavilə şərtlərinin pozulması, istehlakçılara zəruri və düzgün məlumatların verilməməsi də daxil olan müraciətlər sırasındadır.

Dövlət Xidmətinə bu dövrdə daxil olmuş müraciətlərin 1185-i təmin olunub, 1041 müraciətlə bağlı izahat və tövsiyə verilib. 392 müraciət üzrə isə araşdırmalar davam etdirilir.
Qeyd edək ki, müraciətlər əsasında 169.286 manat istehlakçılara qaytarılıb,15.080 manat dəymiş ziyan ödənilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO