“Brent” markalı neftin qiyməti 78 dollara düşüb

“Brent” markalı neftin qiyməti 78 dollara düşüb

Hazırda oxunan: “Brent” markalı neftin qiyməti 78 dollara düşüb

629746

Londonun ICE birjasında “Brent” markalı neftin 2023-cü ilin iyul ayında tədarükü üçün fyuçers müqaviləsinin qiyməti bu il martın 31-dən bəri ilk dəfə bir barel üçün 78 ABŞ dollarına düşüb.

Bakı vaxtı ilə saat 22:33-ə olan məlumata görə, “Brent” markalı neftin bir barelinin dəyəri 3,43% azalaraq 77,99 dollar olub. Saat 22:45-də “Brent” markalı neftin bir barelinin qiyməti 77,73 dollar (-3,75%) təşkil edib.

Eyni zamanda 2023-cü ilin iyun ayında tədarük üçün nəzərdə tutulan WTI markalı xam neftin fyuçersləri 4,35% ucuzlaşaraq bir barel üçün 74,09 ABŞ dolları olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO