
- A-
- A
- A+
Dünya
08:20 / 30.08.2026
Netanyahunun oğlu ABŞ-dan təxliyə edildi
Hazırda oxunan: Netanyahunun oğlu ABŞ-dan təxliyə edildi
633756
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İsrailin Şin Bet (Şabak) təhlükəsizlik xidməti bu ölkənin Baş naziri Binyamin Netanyahunun oğlu Yair Netanyahunu sui-qəsd təhlükəsi ilə əlaqədar Amerika Birləşmiş Ştatlarından (ABŞ) təcili təxliyə edib.
Bizim.Media xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.
Bildirilib ki, Yair Netanyahuya ciddi zərərvurma riski olub. Bu hal nəzərə alınaraq, vəziyyət qiymətləndirildikdən sonra onun təcili olaraq təhlükəsizlik xidməti ilə birlikdə İsrailə geri göndərilməsi qərara alınıb.
Vurğulanıb ki, Yair Florida ştatını mühafizəçilərlə birlikdə tərk edib. “O, əşyalarını belə götürməyib. Yair hazırda İsraildədir”, - deyə məlumatda diqqətə çatdırılıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































