2014-cü ildən etibarən Rusiyaya qarşı ümumilikdə 33 mindən çox sanksiya tətbiq olunub.
Bizim.Media xəbər verir ki, onların təxminən 97,3 faizi 2022-ci ilin fevral ayının sonundan etibarən tətbiq edilən məhdudiyyətlərin payına düşür.
Ən çox sanksiyanı ABŞ tətbiq edib. Vaşinqtonun tətbiq etdiyi məhdudiyyətlər bütün sanksiyaların 22 faizini, yaxud 7,4 minini təşkil edir.
İkinci yerdə Kanada qərarlaşıb – 13,2 faiz (4,4 min sanksiya), üçüncü yerdə isə İsveçrədir – 11,4 faiz (təxminən 3,9 min sanksiya).
Dördüncü və beşinci yerləri Avropa İttifaqı və Aİ-nin tətbiq etdiyi sanksiyaları təkrarlayan İslandiya tutur. Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketi də daxil olmaqla, təxminən 3,7 min məhdudiyyət tətbiq edib. İslandiyanın tətbiq etdiyi sanksiyaların sayı isə 3,4 minə yaxındır.
Onların ardınca Norveç 2,8 min (8,4 faiz), Böyük Britaniya təxminən 2,7 min (7,9 faiz) və Yeni Zelandiya təxminən 2,1 min (6,1 faiz) məhdudiyyətlə gəlir.
İlk onluğu Avstraliya və Yaponiya tamamlayır. Avstraliya Rusiyaya qarşı təxminən 1,7 min (5 faiz), Yaponiya isə 1,4 min (4,3 faiz) sanksiya tətbiq edib.

Bizim.Media



































































































