İranın Ali Lideri müsəlman ölkələrini birliyə çağırdı

İranın Ali Lideri müsəlman ölkələrini birliyə çağırdı

Hazırda oxunan: İranın Ali Lideri müsəlman ölkələrini birliyə çağırdı

633790

İran müsəlman ölkələrinin rəhbərlərini (xüsusilə Qərbi Asiya və Fars körfəzinin ətrafında yerləşən ölkələrin rəhbərlərini) birliyə çağırıb.

Bizim.Media xəbər verir ki, bunu İranın Ali Lideri Seyid Müctəba Xamenei bu gün (30 avqust) İranda Birlik Həftəsi münasibəti ilə etdiyi müraciətdə qeyd edib.

“Müsəlmanların problemlərinin çarəsi birlik, dostluq və yaxşılıq istiqamətində əməkdaşlıqdır”, - deyə o qeyd edib.

İranın Ali Lideri Qərbi Asiya və Fars körfəzi ətrafında yerləşən ölkələrin öz düşmənlərini tanımağa və onlarla mübarizə aparmalarını istəyib.
 

“ABŞ və İsrail müsəlman ölkələri arasında dostluq və birliyi istəmirlər. ABŞ və İsrail təkcə İranın deyil, Qərbi Asiya və Şimali Afrikada xalqlara qarşıdır. Hətta onların bəzi müsəlman ölkələri rəhbərlərinə qarşı hörmətsizliyə əsaslanan terminlərdən istifadə etmələri unudulmayıb”, -deyə o qeyd edib.


Xamenei qeyd edib ki, elm, təhlükəsizlik və sərvət baxımından müsəlmanlar arasında birlik, müxtəlif məsələlərdə əməkdaşlıq müsəlman ölkələrin inkişafına şərait yaradacaq.

İranın Ali Lideri İran vətəndaşlarından iranlılar arasında da anlaşılmazlığa səbəb ola biləcək addımı atmamalarını istəyib.

Qeyd edək ki, 28 fevralda ABŞ və İsrailin İrana hərbi hava hücumları nəticəsində İranın sabiq Ali Lideri Ayətullah Seyid Əli Xamenei ölüb. Ekspertlər Şurasının seçimi ilə Əli Xameneinin yerinə oğlu Seyid Müctəba Xamenei təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO