Zelenski: Kiyev vilayətinə zərbə nəticəsində 38 nəfər həlak olub - VİDEO

Zelenski: Kiyev vilayətinə zərbə nəticəsində 38 nəfər həlak olub - VİDEO

Hazırda oxunan: Zelenski: Kiyev vilayətinə zərbə nəticəsində 38 nəfər həlak olub - VİDEO

633797

Ukrayna prezidenti Volodimir Zelenski Kiyev vilayətinin Mıla kəndində Rusiya zərbəsinin nəticələrinin aradan qaldırılması işlərinin davam etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, Zelenskinin sözlərinə görə, yanğınların böyük hissəsi söndürülüb, lakin ərazi partlayıcı maddələrlə ciddi şəkildə çirklənmiş vəziyyətdə qalır.
 

Onun bildirdiyinə görə, zərbə və daha sonra baş verən partlayışlar nəticəsində 38 nəfər həlak olub, daha 20 nəfər, o cümlədən iki uşaq yaralanıb. Dörd nəfər itkin hesab olunur və onların axtarışı davam etdirilir.


Zelenski həmçinin bildirib ki, son bir həftə ərzində Rusiya Ukraynaya təxminən 2 min hücum PUA-sı, 1 600-dən çox aviasiya bombası və Şimali Koreya istehsalı ballistik raketlər də daxil olmaqla, müxtəlif tipli 31 raket atıb.

Onun sözlərinə görə, Rusiya zərbələri cəbhəyanı və sərhədyanı rayonlara qarşı davam edir.

“Rusiyanın hər bir zərbəsinə və cinayətinə ədalətli cavablar axtarırıq. Onlar mütləq olacaq”, – Zelenski bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO