Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyə Respublikasını Zəfər Bayramı münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"30 avqust – Türkiyə Respublikasının Zəfər Bayramı münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik.
Türkiyənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qardaş xalqımızın sarsılmaz iradəsi, əzmi və qəhrəmanlığı ilə qazandığı tarixi Zəfəri qürurla qeyd edirik. Zəfər Bayramınız mübarək!", - paylaşımda qeyd olunub.

Bizim.Media

- A-
- A
- A+
Siyasət
10:25 / 30.08.2026
Azərbaycan XİN Türkiyəni təbrik etdi - FOTO
Hazırda oxunan: Azərbaycan XİN Türkiyəni təbrik etdi - FOTO
Hazırda oxunan: Azərbaycan XİN Türkiyəni təbrik etdi - FOTO
633781
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































