“Putinin məqsədi yalnız Donetsk vilayəti deyil, bütün Ukraynadır”

“Putinin məqsədi yalnız Donetsk vilayəti deyil, bütün Ukraynadır”

Hazırda oxunan: “Putinin məqsədi yalnız Donetsk vilayəti deyil, bütün Ukraynadır”

633836

Ukraynanın müdafiə naziri Yevgeni Xmara bildirib ki, Rusiya prezidenti Vladimir Putinin əsas məqsədi yalnız Donetsk vilayətini ələ keçirmək deyil, bütün Ukrayna ərazisinə nəzarət etmək və Ukrayna dövlətçiliyini məhv etməkdir.

Bizim.Media xəbər verir ki, Xmara Kreml rəhbərliyinin müharibəni öz imperiyasını qurmaq layihəsinin bir hissəsi kimi nəzərdən keçirdiyini və son məqsədin Ukraynanın bütün ərazisini ələ keçirmək, eləcə də onun dövlətçiliyini aradan qaldırmaq olduğunu deyib.
 

Onun fikrincə, ərazi güzəştləri Rusiyanın təcavüzünü dayandırmayacaq. Putin belə güzəştləri təzyiqin nəticə verdiyinin sübutu kimi qəbul edəcək və təzyiqi davam etdirəcək.


“Putin bu müharibəni yalnız uduzmağı hiss edən vaxt dayandıracaq. Buna isə yalnız güc yolu ilə və yalnız effektiv şəkildə nail olmaq mümkündür”, – Xmara bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO