“Blogerlər tələbəyə nə öyrədəcək?” - Aparıcı universitetlərə səsləndi - VİDEO

“Blogerlər tələbəyə nə öyrədəcək?” - Aparıcı universitetlərə səsləndi - VİDEO

Hazırda oxunan: “Blogerlər tələbəyə nə öyrədəcək?” - Aparıcı universitetlərə səsləndi - VİDEO

633703

Aparıcı Lamiyə Ələkbərova universitetlərdə tələbələrlə keçirilən görüşlərdə blogerlərin dəvət olunmasına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, aparıcı bu barədə öz verilişində danışıb.

O, bloger və influenserlərin fəaliyyətinə hörmətlə yanaşdığını, lakin universitetlərin əsas missiyasının təhsil və maarifləndirmə olduğunu vurğulayıb:

“Bloger sənətinə hörmətim var. Bilmirəm harada dərs keçir, harada oxuyurlar. İnfluenser, bloger adları yaranıb, hörmətlə yanaşıram. Hərənin bir sənəti var. Universitetlərə, təhsil ocaqlarına müraciət edirəm: əvvəllər tələbələrlə görüşə şairlər, yazıçılar, professorlar dəvət olunurdu. Tələbələr yığışırdı, yazıçı Anardan nəsə öyrənməyə çalışırdı. İndi universitetdə blogerlə görüş edirlər. Blogerlər tələbəyə nə öyrədəcək?” (axsam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO