Çin dağıdıcı daşqının görüntülərini sosial şəbəkələrdən silir

Çin dağıdıcı daşqının görüntülərini sosial şəbəkələrdən silir

Hazırda oxunan: Çin dağıdıcı daşqının görüntülərini sosial şəbəkələrdən silir

633819

Tibetlə Nepal sərhədində yerləşən Gyrong bölgəsində baş verən genişmiqyaslı daşqının görüntüləri dünya mediasında yayılsa da, Çinin internet seqmentində həmin kadrlara rast gəlmək xeyli çətinləşib.

Bizim.Media xəbər verir ki, BBC-nin məlumatına görə, hətta Çin dövlət televiziyasının əsas xəbər buraxılışında fəlakət barədə yalnız bir kadr nümayiş etdirilib.

Sağ qalanların hekayələri, daşqının nəticələrini əks etdirən videolar və itkin düşənlərin yaxınlarının açıqlamaları isə demək olar ki, yayımlanmır.

Beynəlxalq insan haqları təşkilatı “International Campaign for Tibet” Çin hakimiyyətinin şahidlərin sosial şəbəkələrdə paylaşdığı video və məlumatları sildiyini bildirir. Xarici jurnalistlərin də hakimiyyətin icazəsi olmadan Tibetə sərbəst şəkildə getməsinə icazə verilmir.
 

KİV-in məlumatına görə, Pekin bölgənin siyasi həssaslığı və fəlakətin miqyasının, eləcə də hakimiyyətin reaksiyasından narazılığın ölkədə sosial gərginliyə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən məlumat axınını məhdudlaşdıra bilər.


Bununla yanaşı, Çin hakimiyyəti bölgədə genişmiqyaslı xilasetmə əməliyyatı həyata keçirir. Çin prezidenti Si Cinpin təcili müşavirə keçirib, Baş nazir Li Çyan isə fəlakətdən zərər çəkmiş bölgəyə gedib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO