Rusiyalı turist Misirdə müalicəsi çətin olan xəstəliyə TUTULDU - FOTO

Rusiyalı turist Misirdə müalicəsi çətin olan xəstəliyə TUTULDU - FOTO

Hazırda oxunan: Rusiyalı turist Misirdə müalicəsi çətin olan xəstəliyə TUTULDU - FOTO

633820

30 yaşlı rusiyalı İT mütəxəssisi Misirin Xurqada şəhərinə həyat yoldaşı və uşaqları ilə səfər etdikdən sonra naməlum virus infeksiyasına yoluxub. Bundan sonra kişi tamamilə tərləməyi dayandırıb və isti iqlim onun vəziyyətini ağırlaşdırıb.

Bizim.Media xəbər verir ki, kişinin gündəlik olaraq huşunu itirməmişdən əvvəlki vəziyyətə düşdüyü, nəbzinin isə dəqiqədə 200 vurğuya qədər yüksəldiyi bildirilir.

Kişi Qahirədə tibbi müayinələrdən keçməyə başlayıb. Ailə bunun üçün 8 min dollar məbləğində bütün yığımlarını xərcləsə də, aparılan müayinələr nəticə verməyib.
 

Nəticədə ailə artıq təxminən bir ildir Rusiyaya qayıda bilmir. Onların viza rejimini pozduqları üçün yaranan cərimələri ödəməyə və geri dönüş biletləri almağa pulları yoxdur. Bundan əlavə, sənədlərinin müddəti də təxminən bir il əvvəl başa çatıb.


Məlumata görə, kişinin yoluxduğu xəstəlik tibbi məlumat bazalarında belə qeydə alınmayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO