Rusiya NATO-ya hücum edəcəkmi? - Finlandiya prezidentindən AÇIQLAMA -VİDEO

Rusiya NATO-ya hücum edəcəkmi? - Finlandiya prezidentindən AÇIQLAMA -VİDEO

Hazırda oxunan: Rusiya NATO-ya hücum edəcəkmi? - Finlandiya prezidentindən AÇIQLAMA -VİDEO

633773

Finlandiya prezidenti Aleksandr Stubb Rusiyanın nə vaxtsa NATO-ya hücum etmək istəyəcəyinə inanmadığını bildirib.

Bizim.Media xəbər verir ki, Stubb Rusiyanın NATO-ya hücum etmək niyyətində olduğunu göstərən nə sübut, nə də kəşfiyyat məlumatına malik olduğunu deyib.
 

Onun sözlərinə görə, Moskva informasiya müharibəsi aparır və Avropada qorxu yaratmağa çalışır. Rusiya avropalıların NATO-ya mümkün hücum, Rusiyanın təcavüzünün güclənməsi və ya nüvə silahından istifadə ehtimalını daim müzakirə etməsində maraqlıdır.


Bununla belə, Stubb ən pis ssenariyə hazırlaşmağın vacibliyini vurğulayıb. Onun fikrincə, bu, mümkün təhlükənin qarşısını almaqla yanaşı, Moskva ilə siyasi dialoqun bərpasına da imkan yarada bilər.

Finlandiya prezidenti bildirib ki, susmaq Rusiya rəhbərliyində Avropada baş verənlər və əslində mövcud olmayan yeni təhdidlərlə bağlı “yanlış təsəvvürlər” yarada bilər.

Qeyd edək ki, bu məsələdə böyük bir “fil” də var: 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı işğala başlamasına qədər də belə bir ssenariyə çoxları inanmırdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO