
- A-
- A
- A+
İdman
16:17 / 30.08.2026
Mehin Mirzəbalayeva "Euro Mini Champs" yarışında finala yüksəldi
Hazırda oxunan: Mehin Mirzəbalayeva "Euro Mini Champs" yarışında finala yüksəldi
633830
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycanın stolüstü tennisçisi Mehin Mirzəbalayeva Fransanın Strasburq şəhərində keçirilən "Euro Mini Champs" yarışında finala yüksəlib.
Bizim.Media Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, 2014-cü il təvəllüdlü idmançıların mübarizəsində çıxış edən idmançı ilk 3 mərhələni lider kimi başa vurub.
O, 1/8 finalda Moldova, 1/4 finalda isə Fransa idmançılarına qalib gələrək yarımfinala addımlayıb. M.Mirzəbalayeva bu mərhələdə İsveçrə təmsilçisini 3:0 hesabı ilə üstələyərək həlledici görüşə vəsiqə qazanıb.
Stolüstü tennisçi finalda Latviya idmançısı ilə qarşılaşacaq.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































