Musiqi festivalında silahlı insident: Xəsarət alanlar var - VİDEO

Musiqi festivalında silahlı insident: Xəsarət alanlar var - VİDEO

Hazırda oxunan: Musiqi festivalında silahlı insident: Xəsarət alanlar var - VİDEO

633789

İsveçrənin Arqau kantonunun Aarau şəhərində keçirilən elektron musiqi festivalı zamanı silahlı insident baş verib.

Bizim.Media xəbər verir ki, kanton polisinin məlumatında hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı qeyd olunub. Ölənlərin olub-olmadığı hələlik məlum deyil.

Atəş səsləri gecə saat 02:30 radələrində şəhərin Şaxen rayonundakı atçılıq meydanında təşkil olunan və təxminən 3500 nəfərin iştirak etdiyi “Aarauer Rave” texnofestivalı zamanı eşidilib.

Hadisə yerindən yayılan görüntülərdə təxminən 10 atəş səsinin eşidildiyi bildirilir. Şahidlərin sözlərinə görə, bəzi iştirakçılar atəş səslərindən sonra DJ masasının altında gizləniblər.
 

Polis əraziyə genişmiqyaslı qüvvələr cəlb edib və vətəndaşlardan hadisə yerinə yaxınlaşmamağı xahiş edib. Yanğınsöndürənlər, fövqəladə hallar bölmələri və orduya məxsus helikopter də əməliyyata cəlb olunub.


Hadisənin səbəbləri və atəş açan şəxs və ya şəxslərin kimliyi müəyyənləşdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO