Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu - VİDEO

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu - VİDEO

Hazırda oxunan: Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu - VİDEO

633818

Aktrisa Oksana Rəsulova sosial şəbəkə hesabında azyaşlı uşağa zorakılıq göstərildiyi iddia olunan görüntülər paylaşıb.

Bizim.Media xəbər verir ki, sənətçi paylaşımında görüntülərdə adıçəkilən psixoloq Ceyran Muradova ilə bağlı məsələnin araşdırılmasını istəyib.

Oksana Rəsulova qeyd edib ki, məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasını xahiş edir.

"Bir vətəndaş kimi sizdən xahiş edirəm, bu məsələni araşdırıb düzgün nəticə əldə edəsiniz", - deyə aktrisa yazıb.
 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) regional qrupundan oxu.az-a bildirilib ki, bununla bağlı Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) müraciət daxil olub və müvafiq araşdırmalar aparılır.


"Məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlər görülür", - deyə DİN-dən bildirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO