Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Hazırda oxunan: Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

633732

Azərbaycanda fəaliyyət göstərən yəhudi dini icmaları birgə açıqlama yayıb.

Bizim.Media-nın məlumatına görə, açıqlamada bildirilir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini müxtəlifliyin qorunması, konfessiyalararası həmrəyliyin möhkəmləndirilməsi və multikultural dəyərlərin təşviqi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.

“Dini icmalara göstərilən maliyyə dəstəyi də bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin vacib göstəricilərindəndir. Bu dövlət siyasətinin yaratdığı əlverişli şəraitdə Azərbaycanda fəaliyyət göstərən yəhudi dini icmaları öz fəaliyyətlərini şəffaflıq, hesabatlılıq və qanunvericiliyin tələblərinə riayət olunması prinsipləri əsasında həyata keçirirlər.

Bu günlərdə özünü Azərbaycan Yəhudi Media Mərkəzi kimi təqdim edən quruma məxsus “AJMedia” xəbər portalında ölkədə fəaliyyət göstərən yəhudi dini icmalarının fəaliyyəti, o cümlədən, maliyyə məsələləri ilə bağlı həqiqəti əks etdirməyən məlumatın yayılması təəssüf doğurur.

Birmənalı şəkildə qeyd edirik ki, ayrılan vəsaitlərin istifadəsi müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir, maliyyə əməliyyatları müvafiq nəzarət və hesabatlılıq çərçivəsində aparılır”, - məlumatda qeyd edilir.

Bildirilir ki, hər hansı media qurumunun yəhudi dini icmasının adından çıxış etməsi, onun mövqeyini icmanın özünün rəsmi mövqeyinə istinad etmədən təqdim etməsi və ya icma adından ictimai rəy formalaşdırmağa cəhd göstərməsi qəbuledilməzdir və media fəaliyyətinin əsas prinsipləri ilə ziddiyyət təşkil edən yolverilməz yanaşmadır:

“Bir daha qeyd edirik ki, Azərbaycanın yəhudi dini icmaları “AJMedia”nı özünün  informasiya resursu olaraq qəbul etmir, onu bu və ya digər formada dəstəkləmir, həmin resursda dərc ediləm fikirlərin icmaların mövqeyini əks etdirmədiyini bildirirlər.

Yəhudi dini icmaları bundan sonra da fəaliyyətləri ilə bağlı media nümayəndələrinin suallarını cavablandırmağa və ictimaiyyəti maraqlandıran məsələlərlə əlaqədar mövqelərini birbaşa açıqlamağa hazırdırlar”.

Birgə açıqlamanı Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski və Sefarad Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri Zamir İsayev yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO