Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır - VİDEO

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır - VİDEO

Hazırda oxunan: Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır - VİDEO

633746

Nepalda daşqın nəticəsində dağılmış bölgənin bərpasına 4-5 milyard ABŞ dolları lazımdır.

Bizim.Media AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Nepal rəsmiləri xarici mediaya açıqlamasında bildirib.

Nepal tərəfi xarici mütəxəssislərin köməyinə də ehtiyac duyur

Nepalda avqustun 29-da axtarış-xilasetmə əməliyyatı hava şəraiti ilə əlaqədar kiçik fasilədən sonra bərpa edilib. Son məlumata görə, daşqın səbəbindən Nepalın Rasuva bölgəsində ölənlərin sayı 669-a yüksəlib, 2500-ə yaxın adam hələ də itkin hesab olunur. Onlar arasında xeyli sayda əcnəbi turist və zəvvar var.

Nepalın Fəlakət Risklərinin Azaldılması və Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi axtarış-xilasetmə əməliyyatına 15 minə yaxın təhlükəsizlik əməkdaşının cəlb olunduğunu açıqlayıb.

Daşqın qonşu Çində də dağıntı və insan tələfatına səbəb olub. Son məlumata görə Çin tərəfdə 7 nəfər ölüb, 554 nəfər itkin düşüb. Çin tərəfdə axtarış işlərinə 2141 xilasedici cəlb olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO