Göyərtəsində 267 nəfər olan gəmidən 172 nəfər xilas edildi - 6 ölü var

Göyərtəsində 267 nəfər olan gəmidən 172 nəfər xilas edildi - 6 ölü var

Hazırda oxunan: Göyərtəsində 267 nəfər olan gəmidən 172 nəfər xilas edildi - 6 ölü var

633837

Şimali Kipr sahillərində batan gəmi ilə bağlı xilasetmə əməliyyatı davam edir.

Bizim.Media xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel indiyə qədər 172 nəfərin xilas edildiyini, 6 nəfərin öldüyünü açıqlayıb.
 

Bu arada gəminin batmasına dair ilkin ehtimal məlum olub. Ünal Üstel bildirib ki, iki ardıcıl dalğa zərbəsindən sonra gəmiyə su dolmağa başlayıb.


Türkiyənin NTV telekanalının xəbərinə görə, gəmi öncə yan tərəfə yatıb, daha sonra isə tərsinə çevrilib. Gəmin çevrilməsinin sərnişinlərin bir qisminin göyərtədən çıxmasına da mane ola biləcəyi və məhz bu amilin qurbanların sayını artıra biləcəyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO