Bərənin çevrilməsindən sonra yüzlərlə sərnişin xilas edilməsini gözləyir - VİDEO

Bərənin çevrilməsindən sonra yüzlərlə sərnişin xilas edilməsini gözləyir - VİDEO

Hazırda oxunan: Bərənin çevrilməsindən sonra yüzlərlə sərnişin xilas edilməsini gözləyir - VİDEO

633832

Şimali Kiprin Girne şəhəri sahillərində yüzlərlə sərnişinin olduğu bərə çevrilib. Sərnişinlər xilasetmə qruplarının köməyini gözləyir.

Bizim.Media xəbər verir ki, “Filo Denizcilik” şirkətinə məxsus gəmi Girne limanından yola düşdükdən sonra şəhər sahilindən təxminən 2-2,5 kilometr aralıda batmağa başlayıb.

Bərə Türkiyənin Taşucu limanına istiqamətlənirmiş. Gəmi su almağa başlayıb və nəticədə çevrilib.
 

Sərnişinlər gəminin göyərtəsindən onun alt hissəsinə çıxaraq kömək gözləməyə məcbur olublar. Yaxınlıqda olan qayıqlar sərnişinlərin köməyinə gəlib.


Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Lakin onların dəqiq sayı və vəziyyəti hələlik məlum deyil.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO