Nyu-Yorkun "Comex" birjasında 2026-cı ilin avqust ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti 23 martdan bəri ilk dəfə troya unsiyası üçün 4 250 dollardan aşağı düşüb.
Bizim.Media xəbər verir ki, bunu ticarət platformasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 03:23-ə olan məlumata görə, qızılın qiyməti 2,66 % azalaraq troya unsiyası üçün 4 247,2 dollar təşkil edib.
Xatırladaq ki, "Comex" birjasında 2026-cı ilin aprel ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti 2 fevral 2026-cı ildən bəri ilk dəfə troya unsiyası üçün 4 450 dollardan aşağı olub.
Bizim.Media

































































































