2026-cı il 1 yanvar tarixinə olan Azərbaycanın dövlət borcu açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycanın dövlət borcunun ümumi məbləği 25987,5 milyon manat və ya 2025-ci il üzrə faktiki ÜDM-in 20,1 faizini təşkil edib.
Qeyd olunub ki, ümumi dövlət borcunun 31,5 faizi xarici dövlət borcunun, 68,5 faizi isə daxili dövlət borcunun payına düşüb. ("Aqrarkredit" QSC-nin daxili dövlət borcuna aid edilmiş 8797,9 milyon manat məbləğində öhdəlikləri nəzərə alınmadan, dövlət borcunun 47,6 faizi xarici dövlət borcunun, 52,4 faizi isə daxili dövlət borcunun payına düşmüş olur). (Qafqazinfo.az)
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
11:54 / 09.06.2026
Azərbaycanın dövlət borcunun məbləği AÇIQLANDI
Hazırda oxunan: Azərbaycanın dövlət borcunun məbləği AÇIQLANDI
Hazırda oxunan: Azərbaycanın dövlət borcunun məbləği AÇIQLANDI
618156
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































