Azərbaycan bu il yalnız BU ÖLKƏDƏN təbii qaz idxal edib

Azərbaycan bu il yalnız BU ÖLKƏDƏN təbii qaz idxal edib

Hazırda oxunan: Azərbaycan bu il yalnız BU ÖLKƏDƏN təbii qaz idxal edib

608337

Bu ilin yanvar-fevral aylarında İrandan Azərbaycana 6,433 milyon ABŞ dolları dəyərində 95,584 milyon kubmbetr həcmində təbii qaz idxal olunub.

Bizim.Media bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən ilin yanvar-fevral aylarında İrandan təbii qaz idxalı ilə bağlı məlumatlar dərc olunmamışdı.
 

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycan yalnız bir ölkədən - İrandan təbii qaz idxal edib.


Ümumilikdə, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 8 ölkəyə 1,285 milyard ABŞ dolları dəyərində 4,381 milyard kubmetr (qaz halında) təbii qaz ixrac olunub .

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 265 milyon ABŞ dolları və ya 17,1% azdır, fiziki həcm baxımından isə 193,7 milyon kubmetr və ya 4,6% artım qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO