İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,03 ABŞ dolları və ya 0,04 faiz artaraq bir barel üçün 68,54 ABŞ dolları təşkil edib.
Bu barədə Bizim.Media-ya neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 0,22 dollar və ya 0,3 faiz ucuzlaşaraq 66,43 dollar olub.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,74 dollar və ya 2,06 faiz azalaraq bir barel üçün 35,19 dollara çatıb.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,06 dollar və ya 0,09 faiz azalaraq bir barel üçün 65,42 dollara çatıb.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
09:55 / 13.01.2026
Neftimiz bahalaşdı
Hazırda oxunan: Neftimiz bahalaşdı
Hazırda oxunan: Neftimiz bahalaşdı
590472
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































